RU

Qoretskanın yeni klubu müəyyənləşir

Mövsümün sonunda “Bavariya”dan ayrılacaq alman yarımmüdafiəçi Leon Qoretskanın İngiltərə Premyer Liqasının liderinə yollanmaq variantı yaranıb.

Msport.az xəbər verir ki, “Arsenal” təcrübəli yarımmüdafiəçi ilə maraqlanır.

Qoretskanın özü də karyerasını Britaniyada davam etdirməyə isti yanaşır. O, yeni klubuna tamamilə pulsuz transfer olunacaq.

Təcrübəli yarımmüdafiəçi bu mövsüm “Bavariya”nın heyətində 28 oyunda meydana çıxıb və 1 qol vurub. Onun bazar dəyəri 15 milyon avrodur.

Избранный
33
2
msport.az

3Источники