RU

Qusarda mikroavtobus aşdı

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. 

Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. 

Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
6
bakivaxti.az

7Источники