RU

13 yaşlı oğlan 4 saat üzərək ailəsini xilas etdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstraliyada 13 yaşlı Ostin Appelbi köpəkbalığı ilə dolu sularda 4 saat üzərək anasını və iki kiçik qardaşını xilas edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bildirilir ki, ailə Avstraliyanın qərb sahilində dənizə çıxıb, lakin güclü külək onların şişmə qayığını Geoqraf Körfəzindən açıq dənizə aparıb.

Əvvəlcə yeniyetmə kömək çağırmaq üçün öz qayığı ilə sahilə qayıtmaq istəyib. Lakin qəflətən onun qayığı su ilə dolmağa başlayıb. Bu zaman oğlan 4 saat üzməyə qərar verib. İlk 2 saatı o, xilasedici jiletlə, daha sonra isə jiletsiz üzməli olub.

Sahilə çatdıqdan sonra daha 2 km məsafə qaçaraq baş verənlər barədə məlumat verə bilib. Yerli vaxtla saat 18:00-da axtarış-xilasetmə əməliyyatı təşkil olunub. 2,5 saatdan sonra oğlanın ailəsi tapılıb. Ailə üzvlərinin hamısı xilasedici jiletdə olub, bu da onlara xilas olmasıa imkan verib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
globalinfo.az

1Источники