RU

İsrailin son hücumlarında 21 nəfər ölüb

İsrailin Qəzza zolağına son hücumlarında 21 fələstinli ölüb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yazılı açıqlamasında bildirilir ki, hücumlarda 38 nəfər isə yaralanıb.

Bəyanatda deyilir ki, 11 oktyabrda atəşkəs elan ediləndən bəri 556 fələstinli həlak olub, 1500 nəfər yaralanıb və dağıntılar altından 717 nəfərin cəsədi çıxarılıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
1
missiya.az

1Источники