Bakı. Trend:
Norveçli dağ xizəkçisi Fredrik Möller 2026-cı il Qış OlimpiyaOyunlarında sürətli eniş üzrə yarışlar ərəfəsində keçirilən məşqzamanı yıxıldıqdan sonra helikopterlə təxliyə edilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, idmançı çiynindən xəsarət alıb və huşuyerindədir. Dekabr ayında Möller İtaliyanın Val-Qardena şəhərindəkeçirilən Dünya Kuboku mərhələsində yıxıldıqdan sonra helikopterləxəstəxanaya çatdırılmışdı. 25 yaşlı norveçli müxtəlif dərəcəlibədən xəsarətləri almış və iki dişini itirmişdi.
Qeyd edək ki, Qış Olimpiya Oyunları İtaliyada keçirilir vəfevralın 22-də başa çatacaq.