RU

Qardaşı uşaqlarını baltalayan əminin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Cəlilabadda qardaşının iki övladını baltalmaqda təqsirləndirilərək saxlanılan Əli Nağıyevin ölümü ilə bağlı araşdırmalara başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ


Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Əli Hüseynbala oǧlu Naǧıyevin ölüm faktı da araşdırılır.

Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sözügedən qətl hadisəsi üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.


Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılıb. O bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Bizim.Media

Избранный
39
3
bizim.media

4Источники