RU

İcra başçısının vətəndaşlarla Putin-Makron sayağı görüşü: Masanı boş saxladı - FOTOLAR

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri və rayonun Xeyrimli kəndinin bir qrup sakinini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, görüşə rayonun bir sıra vəzifəli şəxsləri də qatılıb.

Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunan fotolarda əsas diqqətçəkən məqam Rəcəb Babaşovun əyləşdiyi masada boş yerlər olmasına baxmayaraq, vətəndaşların xeyli kənarda oturtmasıdır.

O, təkcə sakinlərlə deyil, rayonun bəzi vəzifəli şəxsləri ilə də eyni formada davranıb. Fotoların birindən isə məlum olur ki, rayonun daha iki rəsmisi görüşün hansısa hissəsinə qatılıb (bəzi rəsmilər əvvəldən sonadək görüşdə iştirak ediblər). İcra başçısı onları da masanın aşağı hissəsində əyləşdirib.   

R.Babaşovun bu davranışı sakinlərin ciddi narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməyi planlaşdırırlar.

Qazaxın icra başçısının vətəndaşlara yanaşması bir neçə il öncə Rusiya Prezidenti Vladimir Putinin Kremldə Fransanın dövlət başçısı Emmanuel Makronla görüşünü xatırlatıb. Həmin görüşdə Putin Makronu əli cibində qarşılayıb və uzun masanın aşağı hissəsində əyləşdirib. İcra başçısının qəbul etdiyi vətəndaşlarla davranışı bir növ həmin görüşə bənzəyib.

Xatırladaq ki, R.Babaşov 2009-cu ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
49
5
yenisabah.az

6Источники