RU

Gənclərin narkotikə meyil etməsinin səbəbi nədir?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

“Gənclərin böyük bir hissəsi narkotik maddələrlə maraq xatirinə, “bir dəfə sınamaqla heç nə baş verməz” düşüncəsi ilə yanaşır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov açıqlayıb.

O qeyd edib ki, yeniyetməlik və gənclik dövründə beynin tam inkişaf etməməsi, xüsusilə qərarvermə və impulsların nəzarətinə cavabdeh sahələrin yetkinlik yaşına qədər formalaşmaması narkotikdən istifadə riskini daha da yüksəldir:

“Bu mərhələdə uşağın və gəncin şəxsiyyətinin formalaşmasında ailə, məktəb və sosial mühit həlledici rol oynayır. Məktəb dövründə müxtəlif qruplara qoşulma, müəyyən liderlərə bənzəmək istəyi, eləcə də siqaret və digər zərərli vərdişlərə artan maraq səbəbindən nəzarət və diqqət daha çox əhəmiyyət kəsb edir”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
1
cebheinfo.az

2Источники