RU

Azərbaycanlı Finlandiya milli komandasının baş məşqçisi postuna namizəd oldu

Azərbaycan millisinin keçmiş üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb. Futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan həmyerlimiz bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.

Publika.az-a açıqlama verən Quliyev skandinaviyalıların ona müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər:

"Mənimlə çalışmaq istədiklərini bildirdilər. Onlar kurs vaxtı da dil bilgilərini gücləndirməyimi istəyirdilər. Bu dəfə isə Finlandiya Futzal Federasiyasına aid xüsusi keçidə bütün fəaliyyıtimlə bağlı informasiyaları, əmək haqqı gözləntilərimi yerləşdirdim. Daha sonra video müsahibə ilə komandada inkişaf yolları, taktiki bilgilər və ümumi futzal düşüncələrimlə bağlı fikirlərin ingiliscə izahını etdim. Bu məlumatları mənə aid səhifəyə yerləşdirdilər. Belə bir posta namizəd olmaq mənimçün xoşdur. Özümü tam hazır bilirəm".

Federasiya yaxın günlərdə Elvin Quliyevlə bağlı yekun qərarını açıqlayacaq.

Избранный
100
publika.az

1Источники