RU

"Teatr adamı səhnədə qalmalıdır, ona kreslo vermək olmaz" -Afaq Bəşirqızıdan qalmaqallı açıqlama

Xalq artisti Afaq Bəşirqızı teatrlarda aparılan struktur dəyişiklikləri ilə bağlı danışarkən qalmaqallı açıqlamalar verib.

Musavat.com bildirir ki, Xalq artisti qeyd edib:
"Yeni teatr konsepsiyasında baş rejissorun, baş rəssamın, baş baletmeystrin və yaxud bu kimi şəxslərin öhdəlikləri artıq yoxdur. Bizdə o müştəbehlik, arxayınlıq meydana çıxmışdı. Teatr adamlarıma kreslo olmaz. Gərək incəsənət xadimlərinə kreslo göstərməyəsən. Ən mükəmməl, ən sevilən aktyor elədir ki, "qırmızı, 4 nömrəli telefon" zəng çalsa, o götürsə, əlbəttə, bir çox işlər həll oluna bilər, amma o aktyor səhnədə qalmalıdır. Kreslo, vəzifə verməklə bir çox incəsənət xadimlərində müştəbehlik yaranmışdı. Əlbəttə ki, bunu hər kəsə aid etmirəm, amma müəyyən adamlar var ki, bu, onlarda yaranmışdı".

Xatırladaq ki, bir müddət öncə Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər bir sıra vəzifələr ləğv edilib. Yeni struktur çərçivəsində teatrlarda Strategiya və kommunikasiya, Yaradıcı, eləcə də Artist heyətinin idarəedilməsi şöbələri yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники