RU

Makronun Putinlə bağlı iddiası: Kremldən cavab gəldi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı ilə bağlı bəzi işçi səviyyəli əlaqələr mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Amma hələlik dəqiq bir şey deyə bilmərik. Hazırda yüksək səviyyəli təmaslar üçün heç bir konkret planımız yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 3-də Makron Putinlə təmasları üçün texniki səviyyədə hazırlıqların aparıldığını açıqlayıb.

Fransa liderinin sözlərinə görə, bu məsələ ilə bağlı avropalı tərəfdaşlar və Ukrayna Prezidenti Volodimir Zelenski ilə paralel məsləhətləşmələr aparılır.

Xatırladaq ki, Putin və Makron arasında sonuncu telefon danışığı 1 iyul 2025-ci ildə baş tutub.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
globalinfo.az

1Источники