RU

Qardaşı uşaqlarını baltalayan əminin ölüm səbəbi açıqlandı – RƏSMİ

Xəbər verildiyi kimi Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib. Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq Əli Nağıyevin ölüm səbəbi açıqlanıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına görə 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

"Cebheinfo.az"

Избранный
20
19
cebheinfo.az

10Источники