RU

“Beşiktaş” Cənubi Koreya millisinin hücumçusunu transfer edir

Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Genk” kollektivində çıxış edən Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə danışıqlar aparır.

Tərəflərin tezliklə anlaşacağı və 25 yaşlı hücumçunun İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, O Hön Qü 2024-cü ildən “Genk” klubunda çıxış edir.
 

Избранный
39
unikal.az

1Источники