Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə qeyri neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var. Sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə Azərbaycan ilə Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Təbii ki, bütün bunlar birmənalı şəkildə Ermənistanın sülhə necə sadiq qalacağından asılı olacaq. Azərbaycan regionda dayanıqlı sülhdə maraqlı olmaqla yanaşı, hər zaman milli maraqlarını qorumaq gücündədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31