RU

Xidmət rəisi ona vəzifə verdi FOTO

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı xidmət rəisi Mətin Eynullayev əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Gəncə ərazi şöbəsinin rəisi vəzifəsinə Ceyhun Novruzov təyinat alıb.

Qeyd edək ki, C.Novruzov bu təyinatadək Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Seymur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
8
unikal.az

10Источники