
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına və Misirə səfəri mümkün hərbi müdaxilənin qarşısını alacaq və İsrailin İran əleyhinə sərt strategiyasını pozacaq.
Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazı dərc edib.
Bildirilib ki, Türkiyə cənub arenasında təsirini genişləndirir:
"Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri kritik bir dövrə təsadüf edir. Qahirədə davam etməsi gözlənilən bu səfər Türkiyə, Səudiyyə Ərəbistanı və Misiri əhatə edən üçtərəfli təhlükəsizlik oxu yarada bilər. Təhlükəsizlik məsələləri qarşısında regional koordinasiya liderlərin gündəliyində olacaq", - deyə vurğulanıb.
İsrailin "Makorrishon" qəzeti isə qeyd edib ki, Ankara Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yaradılacaq qarşılıqlı müdafiə ittifaqında iştirak etməyəcəyini bildirmişdi. Lakin Ərdoğanın oradan Qahirəyə sonrakı hərəkəti "yeni üçtərəfli ittifaqın yaranıb-yaranmadığı" sualını ortaya çıxardı. İsrail bütün bu ehtimalları qabaqlamalı və hazır olmalıdır.
“The Times of Israel” qəzeti isə Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı istiləşmə münasibətlərini “qızıl əməkdaşlıq” adlandıraraq, bu vəziyyətin İsrail üçün strateji bir xəbərdarlıq olduğunu yazıb.
Daşqın HəsənovMissiya.Az