RU

Azərbaycan ilə BVF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) arasındaəməkdaşlığın cari vəziyyəti və prioritetləri müzakirə olunub.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, fevralın 4-də Azərbaycan Respublikasının maliyyənaziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq ValyutaFondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçıdirektor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbərixanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın mövcudvəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ölkədə həyatakeçirilən institusional və struktur islahatlar nəzərə alınmaqlapotensialın artırılması və texniki yardım mexanizmləriningücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal vəmonetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyəsabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərinyaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləriətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Azərbaycan ilə BVF arasında uzunmüddətli vəqarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edərək,IV Maddə üzrə Məsləhətləşmələrin hökumət üçün təkcə müntəzəm dialoqmexanizmi deyil, eyni zamanda makroiqtisadi qiymətləndirməbaxımından mühüm platforma olduğunu bildirib. Nazir vurğulayıb ki,makroiqtisadi və maliyyə sabitliyinin qorunması hökumətin əsasprioritetlərindən biri olaraq qalır, fiskal siyasət isə davamlılıqvə səmərəlilik prinsipləri əsasında formalaşdırılır. Dövlətresurslarının səmərəli istifadəsi, orta müddətli büdcəplanlaşdırılmasının gücləndirilməsi və xarici şoklara qarşıdayanıqlığın artırılması islahat gündəliyinin əsas istiqamətlərinitəşkil edir.

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ölkədəhəyata keçirilən fiskal və monetar siyasətin makroiqtisadidayanıqlığın möhkəmləndirilməsi və uzunmüddətli inkişafın təminolunmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BVF-nintexniki yardım və potensialın artırılması mexanizmlərinininstitusional islahatların dəstəklənməsi, maliyyə sektorunundayanıqlığının gücləndirilməsi və iqtisadi siyasətin davamlıicrasının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Azərbaycanınmakroiqtisadi sabitliyin möhkəmləndirilməsi və strukturislahatlarının dərinləşdirilməsi istiqamətində həyata keçirdiyitədbirlərin BVF tərəfindən müsbət qiymətləndirildiyinibildirib.

Görüş zamanı BVF-nin potensialın artırılması və texniki yardımresurslarının Azərbaycan üzrə bölgüsü ilə bağlı mövcud disbalansməsələsinə də toxunulub. S.Babayev aparılan institusional vəqabaqcıl islahatların miqyası nəzərə alınaraq, region üzrə resursbölgüsünün daha balanslı şəkildə nəzərdən keçirilməsininməqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, BVF-də azərbaycanlımütəxəssislərin təmsilçiliyinin məhdudluğu məsələsi qaldırılıb vəAzərbaycanın artan iqtisadi potensialı fonunda Fond daxilində kadrtəmsilçiliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə tərəflər Azərbaycan ilə BVF arasında əməkdaşlığın dahada dərinləşdirilməsi, institusional dialoqun davam etdirilməsi vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparıblar.

Azərbaycan
Избранный
38
8
az.trend.az

10Источники