RU

AÇ-2026: Azərbaycan millisi 1-ci səbətdə yer alacaq

Avropa Minifutbol Federasiyası 27 may-4 iyun tarixlərində Slovakiyada keçiriləcək AÇ-2026-nın püşkatması üçün səbətləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstanla birlikdə 1-ci səbətdə yer alıb. 

Səbətlərin tərkibi belədir: 

1-ci səbət: Azərbaycan, Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstan
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Püşkatma 27 fevralda Bratislavada keçiriləcək və saat 20:00-da başlayacaq.

Избранный
20
fanat.az

1Источники