Azərbaycan Mərkəzi Bankı (AMB) “Lombardlar haqqında” qanunun yeni layihəsini hazırlayıb.Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.“Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq”, – deyə o qeyd edib.Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb: “Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq”. (report)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


