
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bu gün Aİ səfirlərinə təqdim etməlidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Euractiv” portalı diplomatlara istinadla məlumat yayıb.
Onların sözlərinə görə, sanksiyalar paketinin əvvəlcə yanvarın 3-də təqdim edilməsi gözlənilirdi.
Portalın məlumatına görə, təkliflərə kölgə donanması üçün dəniz xidmətlərinin tamamilə qadağan edilməsi, eləcə də lüks malların ixracına və Rusiya gübrələrinin idxalına daha sərt məhdudiyyətlərin qoyulması daxil ola bilər.
Qeyd edək ki, “Politico” nəşri bundan əvvəl Avropa rəsmilərinin Rusiya əleyhinə 20-ci sanksiyalar paketinin hazırlanmasını təxirə saldığını və paketin dəqiq nə vaxt elan ediləcəyinin məlum olmadığını bildirmişdi.