RU

Təxirəsalınma müzakirəsi: pley off ərəfəsində təqvimlər

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsində “Nyukasl”la cavab oyunundan əvvəlki “Neftçi” ilə matçının təxirə salınmaması geniş müzakirə yaradıb.

Bir qrup oyunun vacibliyini əsas gətirir, təxirəsalınmanın mühüm olduğunu qeyd edirsə, digər tərəf – daha çox “Neftçi” azarkeşləri isə matçın baş tutmasının tərəfdarıdır. Klub da rəsmi olaraq təxirəsalınmaya razı olmadığını bildirib.

Başadüşüləndir, çətin keçən mövsümlərdən sonra demək olar, birinci dəfə daha diri görünən “ağ-qaralar” derbinin baş tutmasını, klubun oyun ritmindən qopmamasını istəyir. Fanatlar da əzəli rəqiblərinin sıx qrafikinin onlar üçün üstünlük ola biləcəyini düşündüyü üçün təxirəsalınmanın əleyhinədir.

Bir məqamı qeyd edək, “Qarabağ” uzun illərdir avrokuboklarda mütəmadi çıxış edir və artıq sıx qrafikdə oynamağa alışıb. “Nyukasl” klubu necə ki, Bakıya uzun səfər edərək gələcək, eynilə “Qarabağ” bu məsafəni İngiltərəyə yollananda qət edəcək

“Nyukasl” Premyer Liqa klubudur, keyfiyyət fərqi var, səviyyəcə üstündür, lakin indiki məqamda səfər şərtləri iki komanda üçün eynidir. “Nyukasl” da oyun ərəfəsində sıx qrafikdə oynayacaq, hələ rəqiblər də asan deyil.

“Sağsağan”ların “Qarabağ”la oyun ərəfəsində keçirəcəyi matçlar:

Tottenhem (səfər)

Aston Villa (kubok oyunu, səfər)

Qarabağ (səfər)

Mançester Siti (səfər)

“Nyukasl” Premyer Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. İndiki məqamda 11-ci sırada yer alan komanda beşinci sıradakı “Çelsi”dən 7 xal geridədir və qarşıda 14 tur var. Fərq qapana bilər. Bu yolda “Nyukasl” üçün hər oyunun önəmi böyükdür.

Həm “Qarabağ”ın, həm “Nyukasl”ın təqvimi sıxdır və komandaların pley-offlarda oyun şərtləri eyni olacaq. Bu səbəbdən “Qarabağ”ın oyununun təxirə salınmasının vacibliyini qeyd etmək, bunu mütləq şəkildə istəmək bəlkə də, düzgün çıxmaz. Komandanın baş məşqçisi Qurban Qurbanovun yeganə təəssüfləndiyi məqam pley-off ərəsində süni örtüklü meydançalarda baş tutacaq oyunlardı ki, bunun da səbəbi zədə riskləridir.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın fevralın 18-da Bakıda, cavab görüşünü isə 25-də İngiltərədə keçirəcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
futbolpress.az

1Источники