Tramp Ağ Evdə CNN müxbirini təhqir edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı CNN telekanalının müxbirini sərt şəkildə tənqid edərək onu ictimaiyyət qarşısında alçaldıb.
Tramp müxbirə ünvanlanaraq onun işini və təmsil etdiyi qurumu “qeyri-dürüst” adlandırıb.
“Sən ən pis reportyorsan. Sənin kimi insanlar ucbatından CNN-in reytinqi yoxdur. Mən səni 10 ildir tanıyıram və elə gəlir ki, heç vaxt sənin gülümsədiyini görməmişəm. Niyə gülümsəmirsən? Çünki sən həqiqəti demirsən. Siz çox qeyri-dürüst təşkilatsınız və onlar sizə görə utanmalıdırlar”, – Tramp bildirib.
Qeyd edək ki, Donald Tramp və CNN arasında münasibətlər uzun illərdir ki, gərgin olaraq qalır.
Prezident mütəmadi olaraq bu telekanalı “yalan xəbərlər” (fake news) yaymaqda ittiham edir.
Xuraman Etibarlı
İnterpress.az