RU

ABŞ-da qaz kəmərində partlayış baş verib

ABŞ-da

Luiziana ştatında qaz kəmərində partlayış nəticəsində ən azı bir nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli "KPLC" telekanalı məlumat verib.

Hadisə çərşənbə axşamı Meksika körfəzinin sahilində baş verib. Qaz kəməri Delfin LNG şirkətinə aid layihənin infrastruktur hissəsini təşkil edir və təbii qazın çıxarılaraq mayeləşdirilmiş halda ABŞ və dünya bazarına çatdırılmasını təmin edir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, alov sütunu 30 km-dən çox məsafədən görünüb. Partlayışdan 9 km aralıda yerləşən məktəbin şagirdləri təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara yerləşdirilib. Xəsarət alan şəxs Delfin LNG şirkətinin əməkdaşıdır.

Partlayış və yanğın ciddi dağıntılara səbəb olmayıb. Yanğınsöndürənlər alovu nəzarət altına alıb, qaz kəmərində qazın yanaraq təhlükəsiz şəkildə tükənməsi üçün qaz təchizatı dayandırılıb. Polis hadisəni araşdırır.

Məryəm Quliyeva

Избранный
32
1
xalqcebhesi.az

2Источники