RU

Bakıda ilk ixtisaslaşmış autoimmun laboratoriya istifadəyə verildi

Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib.

E-saglam.az xəbər verir ki, TƏBİB-in laboratoriya xidmətlərinin modernləşdirilməsi çərçivəsində Bakıda autoimmun xəstəliklərin diaqnostikasına həsr olunmuş ilk ixtisaslaşmış laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyətə başlayıb.

Yeni laboratoriya “Euroimmun Analyzer I”, “EuroBlotOne”, “EuroPattern Microscope Live”, “IF Sprinter” kimi tam avtomatlaşdırılmış, yüksək dəqiqlikli avadanlıqlarla təchiz edilib. Bu sistemlər sayəsində autoimmun xəstəliklərin erkən aşkarlanması və nəticələrin daha sürətli, dəqiq verilməsi təmin olunur.

Layihə çərçivəsində laboratoriya əməkdaşları müasir metodlar və avtomatlaşdırılmış diaqnostik sistemlər üzrə xüsusi təlimlərdən keçib.

Yeni mərkəz pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına və həkimlərin klinik qərarvermə prosesinin daha etibarlı məlumatlarla dəstəklənməsinə mühüm töhfə verəcək.

E-saglam.az 

Избранный
25
e-saglam.az

1Источники