RU

“Neftçi” və Emin Mahmudov “Araz-Naxçıvan”ı darmadağın etdi - REPORTAJ

Araz-Naxçıvan - Neftçi (Bakı) 0:4 (0:2)
12. Kristian Avram – 4,5
77. Bruno Franko – 4,5
5. Slavik Alxasov – 5,0
29. Vanderson Melo – 4,5
34. Urfan Abbasov (k) - 4,5
(26. Ömər Buludov, 70) - 4,0
6. Patrik Andrade – 5,5
24. Mustafa Əhmədzadə - 5,0
7. Hamidu Keyta – 3,5
(14. Ülvi İsgəndərov, 84) - qiymətsiz
8. Coşqun Diniyev – 5,0
70. Şarl Boli – 4,0
(10. Felipe Santos, 62) - 4,5
11. Ba-Muaka Simakala – 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Rahil Məmmədov
33. Elmir Cəfərov
16. Ramon Maçado
23. Nuno Rodriges
19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
Komandanın ən yaxşısı: Patrik Andrade

13. Kenan Piriç - 6,5
24. Mustafa Sek – 6,0
5. İqor Ribeyro – 7,0
15. Elvin Bədəlov - 6,5
77. Falaye Sako – 6,0
8. Emin Mahmudov (k) - 7,5
18. İfeanyi Metyu – 6,0
(6. Sessi D’Almeyda, 83) – qiymətsiz
70 Andrey Ştoqrin - 6,0
(28. Alessio Kurçi, 77) - qiymətsiz
10. Freddi Varqas – 6,5
(14. Edvin Kuç, 46) - 5,5
47. Murad Məmmədov - 6,0
(22. Luis Ortis, 65) – 5,0
9. Bassala Sambu – 7,0
(45. Vensan Abubakar, 65) - 6,0
Ehtiyat oyunçular
1. Emil Balayev
81. Məhdi Həsənov
4. Elvin Camalov
17. Murad Xaçayev
7. Emil Səfərov
19. Ağadadaş Salyanski
27. Kristian Kostin
Baş məşqçi: Yuri Vernidub
Komandanın ən yaxşısı: Emin Mahmudov

Qollar: İ.Ribeyro, 4 (0:1, E.Mahmudov). B.Sambu, 40 (0:2, İ.Ribeyro). A.Kurçi, 84 (0:3, E.Mahmudov). V.Abubakar, 90+2 (0:4, E.Mahmudov).
Vərəqələr: B.Franko, 12 (qeyri-idman hərəkəti). F.Varqas, 15 (oyun qaydalarının sistematik şəkildə pozulması). İ. Ribeyro, 71 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov (hamısı Bakı).
VAR hakimi: Vüqar Həsənli (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
1 fevral. Bakı. “Liv Bona Dea Arena”. 500 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Mövsümün gedişində yerli baş məşqçilərini göndərib, ukraynalı mütəxəssislərlə anlaşan komandaların duelini maraqla gözləməyə dəyərdi. Fasilədən sonrakı ilk oyunda xal itirən “Araz-Naxçıvan” daha gümrah görünən “Neftçi”ni qəbul etdi. Rauf Cabbarovun idarə etdiyi oyunlarda “Araz-Naxçıvan” heç vaxt məğlub olmamışdı - 4 qələbə, 2 heç-heçə. Bu matçda isə tilsim qırıldı.

Matçın böyük hissəsi “Neftçi”nin üstünlüyü şəraitində keçdi. İlk təhlükəli vəziyyət isə qolla yekunlaşdı. Standart vəziyyəti yerinə yetirən Eminin asmasını Ribeyro qolla tamamladı. Hiss olunurdu ki, Vernidubun komandası standarlar vəziyyətlər üzərində çox çalışıb. Demək olar ki, bakılıların hər cərimə zərbəsi, küncdən zərbə təhlükəlı alınırdı. 14-cü dəqiqədə Eminin asması Bədəlova ünvanlanmışdı. O da dəqiq zərbə endirdi, lakin Avram topu saxlaya bildi. 25-ci dəqiqədə naxçıvanlılar qola yaxın oldu. Keytanın zərbəsi qapıdan aralı keçdi. “Neftçi” üstünlüyünü davam etdirirdi, qol axtarırdı. Bu dəfə də standart vəziyyət, bu dəfə də qol. Özü də “ev tapşırığı” nəticəsində. Cərimə zərbəsini yerinə yetirən Sako topu Eminə ötürdü. Kapitan isə cərimə meydançasına asma etdi. Ribeyro bu dəfə topu başla Sambu üçün saxladı və ingiltərəli hücumçu ikinci qolu vurdu. İlk yarı bu hesabla başa çatdı. Hissənin sonlarında Varqas ciddi şəkildə zədələndi və 2-ci yarı başlayanda əvəzləndi.

Hissə başlayan kimi naxçıvanlılar fərqlənə bilərdi. Amma Patrikin möhtəşəm zərbəsindən sonra top tirdən döndü. “Neftçi” elə pressinq tətbiq edirdi ki, “Araz-Naxçıvan” topu itirməyə sanki məhkum olurdu. 51-ci dəqiqədə də bu şəkildə top alındı. Murad cinahdan topu götürüb mərkəzə doğru irəlilədi, qapıya baxımlı zərbə vurdu. Lakin Avram uzanaraq topu çıxarmağı bacardı. 56-cı dəqiqədə “Araz-Naxçıvan”ın qapısının toru silkələndi, amma çöldən. Cərimə zərbəsindən birbaşa qapıya zərbə endirən Sambu rəqib üçün növbəti dəfə təhlükə yaratdı. 62-ci dəqiqədə Metyu adi vəziyyətə topu itirdi. Daha doğrusu, Andrade ondan topu aldı. Özü də qapıya zərbə endirdi, lakin Piriç uzanaraq qolun qarşısını aldı. 84-cü dəqiqədə “Neftçi” sürətli əks-hücuma çıxdı. Cinahda Sessidən topu qəbul edən Emin sürətlə mərkəzə doğru irəlilədi, Kurçiyə ötürmə verdi. Kurçi isə cərimə meydançasının kənarından çox möhtəşəm qol vurdu. 90-cı dəqiqədə “Araz-Naxçıvan” qollardan birinin əvəzini çıxmağa yaxın oldu. Slavik cinahda Ortisi aldatdı, ötürmə də verdi. Ömər keçmiş komandasını məyus etməyə çalışsa da, alınmadı. 90+2-ci dəqiqədə isə Emin – Abubakar – Sek – Emin - Abubakar kombinasiyası qolla nəticələndi. Kamerunlu hücumçu tək toxunuşla topu Avramın ayaqları arasından keçirdi.

“Neftçi” mövsümdə ikinci böyükhesablı qələbəsini qazanaraq xalını 24-ə çatdırdı, 6-cı pillədəki “Araz-Naxçıvan”la xal fərqini 3-ə endirdi. Demçenko isə “Araz-Naxçıvan”a gələndən hələ də qələbə qazana bilmir.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
34
football-plus.az

1Источники