Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin deputatı və Konstitusiya Komissiyasının üzvü Aydos Sarım bildirib.
"Düşünürəm ki, bu, 2026-cı il olacaq. Yaxın zamanda prezidentin fərmanının olacağını düşünürəm", - o qeyd edib.
Yeni Konstitusiya layihəsində mövcud əsas qanunla müqayisədə bir sıra yeniliklər nəzərdə tutulur. Bunlara, xüsusilə, ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, dövlət başçısı tərəfindən deputatlarla razılaşdırılmaqla təyin olunacaq vitse-prezident vəzifəsinin təsis edilməsi, həmçinin məsləhətçi-müşavirə orqanlarında islahat daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31