RU

ABŞ daha bir ölkəyə ordu göndərir Tramp xəbərdarlıq etmişdi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Afrika Komandanlığı (AFRICOM) Nigeriyaya dəstək məqsədilə ABŞ hərbçilərindən ibarət kiçik bir hərbi qrupun bu ölkəyə göndərildiyini açıqlayıb.

AFRICOM-un komandanı, ordu generalı Daqvin Anderson bildirib ki, qərar ötən il Romada Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə keçirilən görüşdən sonra qəbul edilib. Həmin görüşdə tərəflər regionda təhlükəsizlik sahəsində birgə əməkdaşlıq barədə razılığa gəliblər. Razılaşmadan sonra Nigeriyanı dəstəkləmək üçün ABŞ-yə məxsus məhdud sayda hərbi heyətin ölkəyə göndərilməsi qərara alınıb.

ABŞ tərəfi hərbi qrupun Nigeriyaya dəqiq nə vaxt çatdığı barədə məlumat verməyib. Bildirilib ki, sözügedən heyət Nigeriyada aparılan təhlükəsizlik və əməliyyat fəaliyyətlərinə dəstək məqsədi ilə fəaliyyət göstərəcək.

Qeyd olunur ki, ABŞ-nin bu addımı Nigeriyada son dövrlərdə artan təhlükəsizlik problemləri fonunda atılıb. Vaşinqton daha əvvəl Nigeriyaya hərbi texnika göndərib, həmçinin ölkə ərazisində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirib. ABŞ ilə Nigeriya arasında hərbi əməkdaşlıq mövcud təhlükəsizlik çağırışları çərçivəsində davam etdirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
azpolitika.info

1Источники