RU

İsmayıl Bəqai: ABŞ-İran danışıqlarının planı tərtib edilib

ABŞ ilə İran arasında danışıqların keçirilməsi planı tərtib edilib.

"Far.Az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai fevralın 4-də keçirdiyi mətbuat konfransında danışıqların keçirilməsinin əlaqələndirmə prosesi ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında danışıqların keçiriləcəyi yerin müəyyənləşdirilməsinə dair məsləhətləşmələr aparılır:

"Danışıqların keçiriləcəyi yer razılıq əldə edildikdən sonra elan olunacaq".

Sözçü diplomatik prosesin formalaşması üçün əsasın yaradılması istiqamətində qayğı və xeyirxah iradə ilə çalışan bütün dost ölkələrə təşəkkür edib:

"Prinsipcə, danışıqların yeri və vaxtı mürəkkəb məsələ deyil. Bu, mediada müzakirə mövzusuna çevrilməməlidir. Türkiyə, Oman və regionun bəzi digər ölkələri danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Bu da bizim üçün çox dəyərlidir".

Избранный
39
far.az

1Источники