Azərbaycan I Liqasında mübarizə aparan “Mingəçevir” heyətinə daha bir futbolçu qatıb.
Msport.az xəbər verir ki, bölgə təmsilçisi “Zirə”dən Əkbər Eyubovu icarəyə götürüb.
20 yaşlı müfdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. O, yeni komandada 33 nömrəli formanı geyinəcək.
“Mingəçevir” bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən, Bahadur Həziyev və Elçin Mustafayevi transfer edib.
Qeyd edək ki, “Mingəçevir” hazırda 1-ci liqada 21 xalla 4-cüdür.