RU

Aİ Rusiya əleyhinə sanksiyaları təxirə salıb

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Avropa rəsmiləri Rusiya Federasiyasına qarşı 20-ci sanksiyalar paketinin hazırlanmasını təxirə salırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yeni paket haqqında ilkin elan fevralın 2-də gözlənilirdi, lakin bu, fevralın 6-na qədər gecikə bilər.

Gözlənilir ki, sanksiya paketi fevralın 24-də qəbul olunacaq — bu tarix Rusiya tərəfindən Ukraynaya başlanmış xüsusi hərbi əməliyyatın ildönümünə təsadüf edir. Qəzetin məlumatına görə, bir gün əvvəl Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Fevralın 2-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiya əleyhinə 20-ci sanksiya paketinin tətbiqini elan etmişdi. O, Avropanın Ukraynaya dəstəyinin “günbəgün, ilbəil” dəyişmədiyini vurğulamışdı.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
icma.az

2Источники