RU

Pakistanda 197 yaraqlı zərərsizləşdirilib

Pakistanda

Pakistan 31 yanvardan bəri Bəlucistan əyalətində aparılan əməliyyatlarda zərərsizləşdirilən yaraqlıların sayının 197-yə çatdığını açıqlayıb.

Xalqcebhesi.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda əməliyyatlarını davam etdirir.

Rəsmi şəxslər bildiriblər ki, 31 yanvardan bəri keçirilən əməliyyatlarda təsirsiz hala gətirilən yaraqlıların sayı 197-yə çatıb.

Əməliyyatlar zamanı baş verən atışmalarda mülki şəxslər və təhlükəsizlik qüvvələrindən də həyatını itirənlər olub. Rəsmi şəxslər itkilərin sayı və kimlikləri barədə məlumat verməyiblər.

Məryəm Quliyeva

Избранный
5
xalqcebhesi.az

1Источники