RU

Bakıda ağır qəza: bir piyada öldü, digəri xəsarət aldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 17:40 iradələrində olub. 

“Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində hərəkətdə olan “Nissan” markalı nəqliyyat vasitəsininin sürücüsü hadisə törədib. Bu zaman 1 nəfər piyada hadisə yerində ölüb, digər piyada isə xəsarət alıb”.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. 

Leyla Səməndər

Избранный
22
1
yeniazerbaycan.com

2Источники