RU

Yaponiyada güclü qar nəticəsində 35 nəfər HƏLAK OLUB

Ajans.az xəbər verir ki, bu barədə TBS telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Ölənlər arasında damdan qar təmizləyərkən yıxılan və yolları, həyətləri təmizləyərkən həddindən artıq gərginlikdən dünyasını dəyişən yaşlı insanlar var. Niiqata prefekturasında bir sakin isə qarın ağırlığı altında uçmuş evinin dağıntıları altında qalıb.

TBS-in məlumatına görə, bir çox ərazidə yolların təmizlənməsində çətinliklər yaşanır, bu da ciddi tıxaclara səbəb olub. Bəzi bölgələrdə ibtidai və orta məktəblər ardıcıl üç gündür bağlanıb. Aomori prefekturasında isə ordu bölmələri yolları qardan təmizləmək üçün cəlb olunub.

Избранный
9
Ajans.az

1Источники