RU

Bakıda 15 yaşlı qız anasına görə atasını ÖLDÜRDÜ

Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.

“Yeni Sabah” Lent.az-a istinadla xəbər verir ki, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Haşımov Rüfət Arif oğlu ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, ötən gün Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb. Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də, DİN-dən bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.

Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.


Telegram kanalımız
Избранный
11
6
yenisabah.az

10Источники