RU

“Trabzonspor” 1,8 milyona aldığı oyunçunu 30 milyona satır

“Trabzonspor”la bağlı transfer xəbəri var.

"Football-plus.az"ın məlumatına görə, ukraynalı vinger Danilo Sikanı 4 milyon avro qarşılığında “Anderlext”ə göndərən “bordo-mavililər” hücum xəttini gücləndirmək üzrədi. “Konyaspor”la aparılan danışıqlar uğurla irəliləyir. “Trabzonspor” iki futbolçusu – Kazim Olaiqbe ilə Rayyan Baniyanı “Konyaspor”a verəcək. Konya təçmsilçisi isə qarşı tərəfə əsas qol silah Umut Nayırı göndərəcək, üstəlik 4 milyon avro ödəyəcək. Olaiqbe ilə Baniyanın sonrakı satışından əldə olunacaq məblğin 50 faizi də trabzonlulara çatacaq.

Qeyd edək ki, “Trabzonspor” təkcə Olaiqbeni ötən yay 5 milyon avroya transfer edib. Bu futbolçu ilk dövrədə 7 qolun vurulmasında yaxından iştirak etməsinə rəğmən, baş məşqçi Fatih Təkkənin gözünə girə bilməyib. 2 milyon avroya transfer edilən Baniya isə tez-tez zədələnir. “Trabzonspor” Umut Nayırın karyerasındakı 3-cü nəhəng klub olacaq. Təcrübəli forvard daha öncə “Fənərbaxça” və “Beşiktaş”da çıxış edib. 2024-dən “Konyaspor”un şərəfini qoruyan 32 yaşlı futbolçu bu mövsüm iştirak etdiyi 21 rəsmi oyunda hesabına 8 qol, 4 məhsuldar ötürmə yazb. Umut Türkiyə yığmasında da 5 oyuna çıxaraq 1 qol vurub.

“Trabzonspor”dan söz düşmüşkən, klub mühüm bir satış həyata keçirməyə hazırlaşır. Performansı ilə Avropa klublarının diqqətini cəlb edən Arseni Bataqov böyük ehtimalla karyerasını İngiltərədə davam etdirəcək. Qaradənizlilər “Benfika”nın 22 milyon avroluq, “Nottingem Forest” ilə “Latsio”nun 12 milyon avroluq təklifini geri çevirib. Ən ciddi təklif “Bornmut”dan gəlib. Premyer-liqa klubu 28 milyon avro təklif etsə də, “Trabzonspor” 30 milyon avro tələb edir. Maraqlıdı ki, 23 yaşlı ukraynalı müdafiəçi 2024-ün yayında cəmi 1,8 milyon avroya “Zarya”dan transfer olunub. İlk ötürməni vermək və oyunu oxumaq özəllikləri ilə diqqət çəkən bu futbolçunun klubla 2028-ə qədər müqaviləsi var. Ukrayna yığmasında hələ debüt etməyən müdafiəçi bu mövsüm 22 rəsmi oyuna çıxaraq 1 qol vurub.

Избранный
18
1
football-plus.az

2Источники