Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatınıtəmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakıistiqamətində əlavə qatar reysləri təyin edib.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlikBakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.
Qeyd olunub ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmisaytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.