RU

TRIPP Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyadan Qərbə doğru maneəsiz tranziti təmin edəcək - Sercio Qor

Bakı. Trend:

“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) MərkəziAsiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə doğru maneəsiz tranzitintəmin edilməsinə töhfə verəcək.

Trend xəbər verirki, bunu ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusielçisi Sercio Qor Bişkekdə keçirilən “B5+1” biznes forumundabildirib.

O qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtondakeçirilmiş tarixi zirvə-görüşündən sonra ABŞ “Beynəlxalq Sülh vəRifah naminə Tramp Marşrutu”nun təşviqini davam etdirir:

“Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə və dahasonra Qərbə doğru maneəsiz tranzit əlaqələrinin qurulmasına xidmətedəcək. Bu, güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatlarınformalaşdırılması və regionda sülhün qorunması yolunda tarixiaddımdır”.

Xüsusi elçi vurğulayıb ki, Prezident Donald Tramp MərkəziAsiyanın qlobal ticarət və logistika əlaqəliliyində əhəmiyyətinidərk edir.

“Birləşmiş Ştatlar biznes üçün açıqdır. Biz sülhə və dünya üzrəəlaqələrimizin möhkəmləndirilməsinə açığıq. Məhz buna görə 2026-cıildə C5 formatında ilk tədbirin ‘B5+1’ forumu olması son dərəcəvacibdir”, – deyə Qor bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Bişkekdə forum çərçivəsindəaparılacaq işlər Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin liderlərinin2025-ci ilin noyabrında Vaşinqtonda keçirilmiş C5+1 sammiti zamanıüzərlərinə götürdükləri iqtisadi öhdəliklərin icrasına birbaşatöhfə verəcək.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Избранный
80
2
az.trend.az

3Источники