RU

Mərkəzi Bankın sədri: Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb

Bakı, 4 fevral, AZƏRTAC

Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu illik əsasda 19,8-20 faiz artım deməkdir.

“Strateji valyuta ehtiyatlarının ümumi həcmi 85,1 milyard dollar səviyyəsində formalaşıb. AMB-nin ehtiyatları 11,5 milyard dollar səviyyəsinə çatıb”, - deyə o bildirib.

Избранный
7
1
azertag.az

2Источники