RU

Premyer Liqa klubu heyətini gənc futbolçu ilə gücləndirib

Bakı, 4 fevral, AZƏRTAC

Misli Premyer Liqasında çıxış edən “İmişli” heyətini gənc və perspektivli futbolçu Nazim Hüseynov ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 18 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalanıb.

Nazim Hüseynov, əsasən, 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. O, son olaraq “Qəbələ”nin formasını geyinib.

 

Избранный
47
2
azertag.az

3Источники