
Amerikalı iş adamı İlon Mask İspaniya Baş naziri Pedro Sançezi "qəddar" və "totalitar faşist" adlandırıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Mask sosial media hesabında paylaşım edib.
"İspaniya Baş naziri Pedro Sançez 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edəcəyini və administratorları üzərində qanuni nəzarəti artıracağını elan edib. O, xalqına xəyanət edən bir zalımdır", - deyə o bildirib.
Sançez həmçinin amerikalı milyarderin fikirlərini tənqid edərək bildirib ki, sosial media platformaları uğursuz bir dövlət imicinin proyeksiya olunduğu, qanunların qulaqardına vurulduğu, cinayətlərə dözüldüyü, dezinformasiyanın reallıqdan daha çox dəyərləndirildiyi və istifadəçilərin yarısının nifrət hücumlarına məruz qaldığı bir yerə çevrilib.
İlahə Qənbərli
Missiya.Az