RU

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artıb

Taleh
“2025-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artıb”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
AMB-nin ehtiyatları isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Sədr həmçinin qeyd edib ki, 2025-ci ilin sonuna Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 3,7 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Избранный
32
4
1news.az

5Источники