Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Yeni Sabah”a bildirilib ki, araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib.
Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.
Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.
Qeyd edək ki, Elnur Abidinov Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci kurs tələbəsidir. O, Bakıda yaşayan yaxınlarının yanına qonaq gəlib. Bir neçə gündür tələbədən xəbər tutmaq olmurdu. Ailə üzvləri onun tapılması üçün polisə müraciət etmişdilər.
