RU

Dünya bazarlarında taxıl qiymətləri açıqlanıb

Ötən ay dünya bazarlarında 1 ton qarğıdalının qiyməti 204,5 ABŞ dolları olub.

Herbiand.az bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 0,58% azdır.

Ay ərzində 1 ton düyünün (Tayland 5%) qiyməti 408 ABŞ dolları olub ki, bu da ötən aya nisbətən 3,77% azdır

Yanvar ayında 1 ton çörəklik buğdanın qiyməti 249,9 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 2,9 ABŞ dolları çoxdur.

2025-ci il ərzində 1 ton qarğıdalının orta qiyməti 203,2 ABŞ dolları, 1 ton düyünün orta qiyməti 407,8 ABŞ dolları, 1 ton buğdanın orta qiyməti isə 243,3 ABŞ dollarına bərabər olub. Bu isə 2024-cü illə müqayisədə müvafiq olaraq 6,6% çox, 30,69% və 9,45% azdır.

Избранный
4
4
herbiand.az

5Источники