RU

Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib

Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı pess-relizdə bildirilir.

Qeyd edilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 milyard ABŞ dollarına çatıb.

İş elanları AzVak.az-da

valyuta-bazarıqiymət-sabitliyiAzərbaycan-Mərkəzi-Bankınağd-xarici-valyutaalış-satışvalyuta-ehtiyatlarıdollarlaşmarezident-əmənətləriABŞ-dollarımonetar-siyasətəməliyyat-hesabıvalyuta-məzənnəsimaliyyə-bazarıiqtisadi-stabillikAzərbaycan-iqtisadiyyatı2025-ci-ilvalyuta-əməliyyatlarıbank-sistemirezerv-artımınikbin-gözləntilərABŞ-dollar-ehtiyatıemişmonetar-alətlər
Избранный
73
marja.az

1Источники