Ajans.az xəbər verir ki, bu barədə Rosaviasiyanın “Govorit Rosaviasiya” adlı “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, hər iki hava limanında təyyarələrin uçuşu və enişi təhlükəsizlik məqsədilə müvəqqəti olaraq dayandırılıb. Müvafiq elanlar Moskva vaxtı ilə səhər saat 7:05 və 8:18-də dərc olunub. Məhdudiyyətlərin tətbiq olunma səbəbləri ilə bağlı əlavə detallar açıqlanmayıb.