RU

PUA gərginliyi: İrandan ABŞ-nin iddiasına CAVAB

İran mediası ABŞ-nin vurduğunu açıqladığı “Şahid-129” tipli pilotsuz uçuş aparatının (PUA) beynəlxalq sularda “rutin və qanuni” kəşfiyyat missiyası yerinə yetirdiyini, əldə edilən görüntüləri bazaya uğurla ötürdükdən sonra isə aparatla əlaqənin kəsildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin adları açıqlanmayan hərbi mənbələrə istinadla yaydığı xəbərdə bu barədə qeyd olunub. Bildirilib ki, “Şahid-129” tipli PUA beynəlxalq sularda rutin və qanuni kəşfiyyat missiyası icra vaxt əlaqə kəsilib.

PUA-nın missiya zamanı topladığı görüntüləri uğurla bazaya ötürdüyü vurğulanıb. Əlaqənin kəsilmə səbəbi ilə bağlı araşdırmalara başlanıldığı, detallı məlumatın isə daha sonra ictimaiyyətə açıqlanacağı bildirilib.

Xatırladaq ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) isə Umman dənizində yerləşən USS Abraham Lincoln aviadaşıyıcısına yaxınlaşan İrana məxsus bir PUA-nın vurulduğunu açıqlamışdı.

Избранный
33
cebheinfo.az

1Источники