RU

Dövlət zəmanətli borcun strukturu məlum olub

Bakı. Trend:

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği(daxili vəxarici dövlət zəmanətli borc) 10 milyard 368,4 milyonmanat və ya 2025-ci il üzrə ÜDM-in 8,0 faizini təşkil edib.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, dövlət zəmanətinin 8 milyard725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və ya 84,2faizi xarici dövlət zəmanətli kreditlərin, 1.643,0 milyon manatıvəya 15,8 faizi isə daxili dövlət zəmanətli kreditlərin payınadüşür.

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borc portfelininvalyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları –63,9 faiz, avro –17,7 faiz, manat –12,8 faiz, yaponyeni –3,7 faiz, digər valyutalar - 1,9 faiz.

Dövlət zəmanətli borcun 73,9 faizi 5 ilə qədər olan müddətdə,16,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 faizi isə 10ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 faizinisabit, 40,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.

Məqalədə:
Избранный
35
az.trend.az

1Источники