RU

Fənn olimpiadalarının yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird vəsiqə qazanıb

Şəki, 4 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 638 şagird respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fənn olimpiadalarının yarımfinal mərhələsində Şəki rayonu üzrə 284, Oğuz rayonu üzrə 90, Qəbələ rayonu üzrə 85, Balakən rayonu üzrə 73, Qax rayonu üzrə 62, Zaqatala rayonu üzrə isə 44 şagird iştirak edəcək.

 

 

Избранный
18
3
azertag.az

4Источники