RU

Daxili dövlət borcunun strukturu açıqlanıb

Bakı. Trend:

2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17 milyard804,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyonmanat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil edib.

Bu barədə TrendMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, daxili dövlət borcu 2025-ci ilin əvvəli iləmüqayisədə 855,2 milyon manat vəya 4,6 faiz azalıb. 2026-cı il 01yanvar tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilinəvvəli ilə müqayisədə 1,0 faiz bəndi azalıb.

2026-cı il 1 yanvar tarixinə daxili dövlət borcunun 9.006,6milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.797,9milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətliöhdəliklərinin payına düşür.

Bildirilib ki, strategiyaya uyğun olaraq daxili maliyyəbazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlətborcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ciil ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmitəqribən 8,5 dəfə artaraq 2026-cı il 01 yanvar tarixinə 9.006,6milyon manata çatıb.

2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmətxərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərininyerinə yetirilməsinə 607,0 milyon manat vəsait istifadə edilmişdir.Təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazlarıüzrə orta ödəmə müddətinin uzadılması məqsədilə 2025-ci il ərzindəhəyata keçirilən tədbirlər nəticəsində dövriyyə müddəti 3 ilədəkolan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq dahauzunmüddəti dövlət istiqrazları ilə əvəz edilib.

Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində dövlətistiqrazları üzrə faiz xəclərinin azaldılması təmin edilib.

Qeyd olunan tədbirlər çərçivəsində dövlət istiqrazlarının təkrarmaliyyələşdirilmə əməliyyatları və Təminat Fondunun vəsaitihesabına 2025-ci il ərzində investorlara ümumilikdə 5.076,6 milyonmanat ödənilib.

Məqalədə:
Избранный
7
3
az.trend.az

2Источники