RU

AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 faizə enib - AMB

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb.

Kommersant.az AMB-yə istinadən xəbər verir ki, təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir.

Bildirilib ki, dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib.

Vurğulanıb ki, 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub: “Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb”.

Избранный
5
3
kommersant.az

7Источники